Keçid linkləri

2025, 18 May, bazar, Bakı vaxtı 08:48

Rusiya Avstraliyadan ət idxalına qadağa qoyur


Rusiya Avstraliyadan ət gətirilməsinə qadağa qoyur. Rosselxoznadzor bildirib ki, Avstraliyadan gətirilən ət məhsullarında heyvanın tez böyüməsi üçün trenbolone stimulyatorları aşkarlayıblar. Qadağa Avtomatik olaraq Belarus və Qazaxıstanı da əhatə edir.

ABŞ və Braziliyadan sonra dünyanın ən iri 3-cü ət ixracatçısı olan Avstraliya ötən il təkcə Rusiyaya 30 min ton mal əti ixrac edib. Avstraliya ixracatçıları qadağanı müzakirə etmək üçün Rusiya rəsmiləri ilə görüş tələb edirlər.
XS
SM
MD
LG