Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 07:35

Ukraynada saxlanan etirazçılar azad olunacaq, amma...

Ukrayna müxalifəti parlamentin qəbul etdiyi amnistiya haqqında qanun layihəsini qeyd olunan şərtlərlə qəbul etməyə hazırlaşmır

KİYEVDƏN CANLI YAYIM
03:53 26.1.2014


Ukrayna Evni mühasirəyə alan etirazçılar, binada qərar tutan təhlükəsizli qüvvələrinin oranı tərk etməsini tələb edirlər. 2 saatlı qarşıdurmadan sonra polis "rəhbərliklə məsləhətləşmə üçün" etirazçılardan vaxt idtədi. Etiraz barrikadalarının arxasında yerləşən binadan qəfil hücumun qarşısını almaq üçün Avromaydan fəalları sürüşgən olsun deyə, binanın pilləkənlərini su ilə çiləyiblər.
06:07 26.1.2014
Polis əsgərləri Ukrayna Evini tərk edirlər
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

UKRAYNA EVİNDƏKİ POLİS ƏRAZİNİ AVTOBUSLARDA TƏRK ETDİ

"Ukrayna Evi" ətrafında 5 saata yaxın davam edən gərginlik dinc həllini tapdı. Binada mühasirədə olan 40-a yaxın polis əməkdaşı binanı arxa qapıdan tərk edərək yaxınlıqdakı avtobuslara mindilər. Etirazçılar onlara "Rədd olun!" qışqırsalar da, polisə hücum cəhdi olmadı. Polisin binanı tərk etməsi ilə bağlı müxalifət lideri Viktor Klitshcko onlarla danışıqlar aparırdı. Bu polis qüvvələrinin barrikadaların Avromaydanın arxasında yerləşən Ukrayna Evinə (keçmiş Lenin muzeyi) hansı məqsədlə gəldiyi naməlumdur. Avromaydançıların bir qismi hesab edir ki, bu qrup onların diqqətin əsas hücumdan yayındırmaq məqsədi güdürdü. Başqa bir fikrə əsasən, Ukrayna Evində toplaşan polis qüvvələri ümumi hücum zamanı etirazçılara arxadan zərbə vurmalı idi. İstənilən halda, Avromaydançılar kifayət qədər yüksək intizam nümayiş etdirdilər. AzadliqRadiosuna müsahibəsində Viktor Klitshcko bildirib ki, Ukrayna Evində olan 200 nəfərə yaxın polisin arasında xüsusi təyinatlı "Berkut"un döyüşçüləri olmayıb.
13:04 26.1.2014
-
"UKRAYNNIN GƏLƏCƏYİ UKRAYNA XALQININ ÖZÜNDƏN ASILIDIR"

Dünyanın müxtəlif yerlərində yaşayan 80-dən çox elm və ictimai xadim Ukraynaya dəstək məktubu göndərib.

Ukraynanın Espreso TV-si xəbər verir ki, məktubda ukraynalıların mübarizəsi "demokratiya uğrunda mücadilə" kimi qiymətləndirilib.

Məktub müəllifləri hesab edirlər ki, Ukraynanın gələcəyi ukrayna xalqının özündən asılıdır. Onlar yazırlar ki, Kiyevin avtoritar gücü avrointeqrasiyanı tələb edən xalqını eşitməlidir:

"Əhəmiyyətli dərəcədə demokratiyanın keyfiyyəti dünya və ölkə vətəndaşının məlumatlılığından asılılıdır. Ukraynada həqiqət obrazını hakimiyyətin nəzarətində olan, o cümlədən Putinin əlindəki media orqanları formalaşdırır. Demokratiya xatirinə biz Ukraynanın müstəqil, plüarizmi qoruyan KİV-ni möhkəmləndirməliyik".

Məktub müəllifləri onu da qeyd edirlər ki, vətəndaş cəmiyyətinə, Maydan ərtafında doğulan yeni təşəbbüslərə də dəstək verilməlidir.
17:00 26.1.2014
UKRAYNA ORDUSU QARŞİDURNAYA QARIŞMAYACAQ

Yanvarın 26-da Ukraynanın müdafiə naziri Pavel Lebedev ITAR-TASS-a müsahibəsində ordunun daxili siyasətə müdaxilə etməyəcəyini bildirib. O bildirib ki, ordu ölkə Konsititusiyasına və qanunlarına uyğun davranacaq. Pavel Lebedev ölkədaxili etirazların yatırılmasında hərbi qüvvələrdən istifadə olunacağı xəbərlərini "təxribat" adlandırıb.

Davamı

XS
SM
MD
LG