2026, 15 Noyabr, bazar, Bakı vaxtı 10:49

Ukraynada saxlanan etirazçılar azad olunacaq, amma...

Ukrayna müxalifəti parlamentin qəbul etdiyi amnistiya haqqında qanun layihəsini qeyd olunan şərtlərlə qəbul etməyə hazırlaşmır

KİYEVDƏN CANLI YAYIM
15:58 27.1.2014
Avromaydan hərəkatı Kiyevdən ölkənin regionlarına yayzılır. Ukraynanın 25 vilayətindən 10-da yerli hökümət binalarını Avromaydançılar zəbt ediblər. Kiyevə isə etirazçılar bir sıra inzibatı binaları ələ keçiriblər. Yanukovich hakimiyyəti Avromaydanı fövqəladə vəziyyət elan etməklə təhdid edir. Ətraflı son xəbərdə...

Zorakılıqlar Ukraynanın şərqinə yayılır

No media source currently available

15:45 27.1.2014
19:23 26.1.2014
Avromaydan qurbanı dəfn olunur

Minlərlə insan iğtişaşlarda həlak olan belarus əsilli 26 yaşlı Mikhail Zhiznevsky-nin dəfn mərasiminə toplaşıb. Mikhail Zhiznevsky ötən həftə baş verən qarşıdurmada həlak olub.

Yanvarın 26-da dəfn iştirakçıları kilsənin ətrafına yığışıb.

Avromaydan Kiyev toqquşmalarında həlak olan  Mikhail Zhiznevsky ilə vidalaşır

No media source currently available

17:24 26.1.2014
VATİKANIN UKRAYNA ÇAĞIRIŞI

Bazar günü Papa Francis Ukraynada zorakılığa son qoymağa çağırıb. O, tərəfləri "komstuktiv danışıqlara" dəvət edib. Papa Francis deyib ki, o, duaları ilə Ukraynanın, bu günlərdə yaxınlarını irtirənlərin yanındadır.

Davamı

​
XS
SM
MD
LG