Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:05

Bina uçub, ölənlər var


Uçan bina
Uçan bina
-
Yanvarın 25-də Bakıda, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində sökülməkdə olan bina uçub.

Hadisə nəticəsində iki nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən apa-ya verilən məlumata görə, həmin şəxslər binanın yanında dayanmış avtomobilin içində olublar. Ağır xəsarət alan həmin şəxslər xəstəxanaya aparılarkən yolda keçiniblər.

Binanın uçması nəticəsində yaxınlıqda dayanan bir avtomobil tam yararsız hala düşüb, daha 6 maşın qismən əzilib.

Nərimanov RİH-nin başçısının birinci müavini Şahmar İbadov:

«Günorta vaxtı söküntü işi aparılmayıb. Adətən binalar gecələr sökülür. Bina söküntü vəziyyətində olduğundan ağır yük maşınları yoldan keçərkən silkələnərək yola aşıb. Binanın bütün mərtəbələri çöküb. 2 nəfər yaralanıb. Ölmələri barədə məlumatımız yoxdur».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG