Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:04

İranın nüvə obyektlərinin təftişi çox uzun çəkə bilər


İran Atom Energetikası Təşkilatının rəhbəri Ali Akbar Salehi və Beynəlxalq Atom Energetikası Agentliyinin baş direktoru Yukiya Amano. Foto (Arxiv)
İran Atom Energetikası Təşkilatının rəhbəri Ali Akbar Salehi və Beynəlxalq Atom Energetikası Agentliyinin baş direktoru Yukiya Amano. Foto (Arxiv)
Beynəlxalq Atom Energetikası Agentliyinin (BATENA) rəhbəri Yukiya Amano bu bəyanatı təşkilatın 35 ölkəlik şurası İrandakı nüvə təftişinin genişləndirilməsinə dəstək verdikdən sonra elan edib.

BMT-nin nüvə müfəttişləri Tehranın Qərb ölkələri qarşısındakı öhdəliklərini necə yerinə yetirdiyini öyrənmək üçün ötən bazar ertəsindən İrana gəliblər.

Bir çox ölkələr bu təftişə kömək məqsədilə 8 milyon dollar vəsait ayıracaqlarını vəd edib.

BATENA hazırda İranda işləyən ekspertlərin sayını iki dəfə artırmaq niyyətindədir.

Bununla belə, cənab Amano bildirib ki, bu proses xeyli uzun ola bilər.

O qeyd edib ki, agentlik həmçinin İranın nüvə silahının yaradılması üçün müəyyən sınaqlar keçirdiyi barədə iddiaları da yoxlamalıdır.

Reuters agentliyinin xəbərinə görə, BATENA İranda ayrıca ofisinin açılmasını istəyə bilər.
Cənab Amano həmçinin deyib ki, müfəttişlər yaxın günlərdə İranın Qşin uran mədənlərinə baş çəkəcəklər.

İran dövlət televiziyası bu xəbəri təsdiq edib və bildirib ki, uran mədənlərinin yoxlanışı yanvarın 29-a təyin olunub.
XS
SM
MD
LG