Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:00

Yanukovych hökumətdə dəyişiklik vəd edir


Ukrayna prezidenti Viktor Yanukovych bildirib ki, parlamentin gələn çərşənbə axşamı keçiriləcək fövqəladə iclasında hökumətdə dəyişiklik olacaq.

Yanukovych bunu Ukraynanın dini liderləri ilə görüşdə deyib.

Prezident həmçinin söz verib ki, etirazlarda tutulanları əfv edəcək və kütləvi aksiyalar haqda məhdudlaşdırıcı qanunlara dəyişiklik olunacaq.

Avropa Birliyinin Genişlənmə Komissarı Stefan Fuele cümə günü Kiyevə gəlib. Onun Yanukovyclə danışıqları olub. Görüşün detalları barədə məlumat verilmir.
XS
SM
MD
LG