Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:13

Tovuzda dinc sakin evində güllə yarası alıb


arxiv foto
arxiv foto
-
Bu barədə Tovuzun Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayev məlumat verib. Bildirib ki, ötən gecə saat 2-dən səhər saat 6-yadək kənd atəşə tutulub.

Evlərə atılan güllələrdən biri kənd sakini 1976-cı il təvəllüdlü Rühiyyə Hüseynovanı ayağından yaralayıb. Hazırda R. Hüseynova Tovuz rayon Xəstəxanasında müalicə olunur.

Valeh Rzayev deyir ki, son 10 gündür ki, evlər güllə yağışına tutulur.
XS
SM
MD
LG