Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 20:31

Ukrayna parlamenti müxalifətin tələbini müzakirə edəcək


Ukrayna prezidenti Viktor Yanukovych parlamentin spikeri Volodymyr Rybak-la görüşərkən, 23 yanvar 2014
Ukrayna prezidenti Viktor Yanukovych parlamentin spikeri Volodymyr Rybak-la görüşərkən, 23 yanvar 2014
-

Ukrayna prezidenti Viktor Yanukovych ölkədəki siyasi böhranı yoluna qoymaq üçün gələn həftə parlamentin növbədənkənar sesiyasını çağırıb. Parlamentin sədri Volodymyr Rybak bildirib ki, sesiyada hökumətin istefası ilə bağlı müxalifətin tələbi müzakirə olunacaq.

Müxalifət xəbərdarlıq edib ki, əgər prezident razılığa gəlməsə hücuma keçəcək. Baş nazir Mykola Azarov nümayişçiləri çevrilişə cəhddə günahlandırıb.

Yanukovych Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso ilə telefon söhbətində böhranı dinc yolla həll edəcəyini bildirib. Avropa Birliyi Kiyevə xəbərdarlıq edib ki, əgər zorakılıq davam eləsə bunun pis aqibəti olacaq.

Müxalifət liderlərindən biri Vitali Klitschko bəyan edib ki, ölkədə baş verən zorakılıqları və döyüşün qarşısını yalnız prezident Yanukovych ala bilər.

Kiyevin mərkəzində isə etirazlar davam edir. Yanvarın 23-də baş vermiş toqquşmalarda azı 3 nəfər həlak olub.

Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə assosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub. Bu günlər də isə hökumətin mitiqlərlə bağlı kəskin tədbirlər qəbul etməsi vəziyyəti daha da gərginləşdirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG