Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:03

Ovanisian: «İstənilən avantüranın cavabı çox ağrılı olacaq»


-
Ermənistan tərəfi həmişə deyib, yenə də deyir istənilən avantyuraya cavab çox ağır olacaq.

Bunu Ermənistan müdafiə nazirlıiyinin sözçüsü Artsrun Ovanisian Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində yanvarın 19-dan 20-nə keçən gecə qoşunların təmas xəttində baş verən atışmaya münasibət bildirərkən deyib.

Azərbaycan tərəfini təxribatçılıqda ittiham edən Ermənistan həmin atışmada Armen Ovannisian adlı əsgərinin öldüyünü deyir. Ovanisian həmçinin qarşı tərəfin azı 4-5 nəfər itki verdiyini deyir.

Azərbaycanın Müdafiə Nazirliyi isə ANS-PRESS-ə həmin gün cəbhə bölgəsində elə bir insident olmadığını və məlumatın yalan olduğunu bildirib.
XS
SM
MD
LG