Keçid linkləri

2026, 12 Mart, Cümə axşamı, Bakı vaxtı 16:08

Daha bir Azərbaycan əsgəri özünü yaralayıb

Azərbaycan əsgəri Röyal Hüseynov özünü ayağından yaralayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azadlıq Radiosuna verilən məlumata görə, buna səbəb, əsgərin silahla ehtiyatsız davranması olub. Nəticədə, o sağ ayağından yaralanaraq hospitala düşüb.

İnsident cəbhə bölgəsindəki hərbi hissələrdən birində baş verib.Röyal Hüseynov ötən ilin oktyabrında Gəncədən hərbi xidmətə çağırılıb. Faktla bağlı istintaq aparılır.
XS
SM
MD
LG