Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:22

İran uran zənginləşdirilməsini dayandırıb


Tehran
Tehran
Bu barədə bazar ertəsi İranın dövlət televiziyası məlumat yayıb. Prosesi izləyən beynəlxalq müfəttişlər məlumatı təsdiqləyiblər.

Belə bir razılaşma ötən il noyabrın 24-də Cenevrədə əldə olunub. İlkin razılaşmada İranın uran zənginləşdirilməsi üzərində işi dayandırması və əvəzində ona qarşı irəli sürülün beynəlxalq sanksiyaların yüngülləşdirilməsi nəzərdə tutulur.

İranla danışıqlarda ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya iştirak edir.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton yekun razılıq barədə danışıqlara başlanacağına ümidlə yanaşdığını deyib:

“Yyaxın bir neçə həftə ərzində hərtərəfli razılaşma ilə bağlı danışılqra başlayacağına ümidlə yanaşıram.
Mən yaxın bir neçə gün ərzində avropalı həmkarlarım , habelə İran tərəfi ilə müzakirələr aparacam və bundan sonra açıqlama verəcəyik”

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün istifadə olunduğunu deyir.
XS
SM
MD
LG