Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 09:37

Beynəlxalq silah müfəttişləri İrana gəliblər


Foto (Arxiv)
AP agentliyinin məlumatında deyilir ki, beynəlxalq silah müfəttişləri İranla bağlanmış nüvə razılaşmasına Tehranın necə əməl etdiyini yoxlamaq üçün İrana gəliblər.

Beynəlxalq Atom Energetikası Agentliyinin nümayəndə heyətinə nüvə mühəndisi Massimo Aparo rəhbərlik edir.

Qrup İranın nüvə zənginləşdirmə obyektləri olan Natanz və Fordoda olacaq.

Qərb ölkələri ilə imzaladığı sazişə əsasən İran uranın zənginləşdirilməsi prosesini məhdudlaşdırmalıdır.

Bunun müqabilində İran üzərinə qoyulmuş bir sıra sanksiyalar qaldırılacaq.

Hazırkı saziş 6 ay müddətinə bağlanıb və bundan sonra Qərb ölkələri Tehranla yekun sazişini imzalayacaq.
XS
SM
MD
LG