Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:49

Azərbaycanlı həkimlər Afrikada 700 adamı pulsuz əməliyyat etdilər


-
Azərbaycanlı həkimlər tunisli həmkarları ilə birgə Kamerunda 57 nəfər üzərində pulsuz göz cərrahiyyəsi əməliyyatı aparıblar.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, humanitar aksiya Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə İslam İnkişaf Bankının strateji tərəfdaşlığı çərçivəsində həyata keçirilib.

Məlumata görə, Afrika ölkələrində həyata keçirilən «Qarşısı alına bilinən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə» kampaniyasının növbəti aksiyasında 2700-dən çox şəxs göz müayinəsindən keçirilib, görmə qabiliyyətini itirmiş 736 şəxs pulsuz əməliyyat olunub.

Bununla yanaşı, yerli oftalmoloqlara ixtisasartırma təlimləri də keçirilib.
XS
SM
MD
LG