Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:16

Erkin Qədirli: “Siyasətdə ən sonuncu yol milləti qınamaqdır”


Erkin Qədirli
Erkin Qədirli
-
“Son 30 ildə tamam yeni nəsil yetişib, yaxşı nəsildir, içində hüquqşünası da var, filosofu da, sənət adamı da, siyasətçisi də. Televiziyalar bu adamları millətə göstərmirlər, millətə sovet dövründən qalmış iqtidarı göstərirlər. Hansı ki, partiya təfəkkürlü adamlardır, o cümlədən sovet dövründən qalmış müxalifəti göstərirlər ki, mitinq təfəkküründən uzaq getməyib”.

Bunu “Bizim yol”a müsahibəsində REAL Vətəndaş Hərəkatınını üzvü, hüquqşünas Erkin Qədirli deyib.

Hüquqşünas hesab edir ki, televiziyalarda “cin çıxarma” kimi şoular da mövcud vəziyyətdən qaynaqlanır.

“...iqtidar başqa cür idarə edə bilmir, riskləri bu cür önləyirlər. Çünki sovet sistemi işləyirdi, onlar da həmin sistemdən çıxdıqlarından risklərini bu cür idarə edirlər. Millətə də bu cür adamları göstərirlər. Yeni nəsil, yeni mövzular, yeni təqdimatlar yoxdur. Millət də düşünür ki, olanımız budur!. Milləti qınamıram, hardan bilsin reallıqda baş verənləri?!. Siyasətdə ən sonuncu yol milləti qınamaqdır, yaxud da seçicilərin boynuna nəsə qoymaqdır. Seçici siyasətçidən ağıllıdır, siyasətə bu anlayışla girmək lazımdır. Mitinqə çıxmırsa, demək səbəbi var, Sənə səs vermirsə, səbəbi var. Yoxsa bunun əvəzində millətə “tupoysunuz”, “qoyunsunuz” demək doğru deyil”.

“XALQIN İŞ, ÇÖRƏK, ƏDALƏT TƏLƏBLƏRİ AZ QALA, VƏTƏNƏ XƏYANƏT KİMİ DƏYƏRLƏNDİRİLİR”

“Azərbaycanda gəlir qrupları arasında müdhiş bir uyğunsuzluğun olduğunu görmək üçün bu ölkəni üçcə gün gəzib-dolaşmaq yetərlidir”.

Bunu “Azadlıq” qəzetinə müsahibəsində türkiyəli politoloq Hasan Oktay deyib.

Hasan Oktay
Hasan Oktay
“Azərbaycan demokratiyasının dayandığı təməllər isə Qarabağ problemi üzərindədir. Qarabağ problemi var olduğuna görə xalqın iş, çörək, ədalət tələbləri az qala, vətənə xəyanət kimi dəyərləndirilir, bu tələblər davamlı olaraq təzyiqlərlə cavablandırılır. Bunları nəzərə alsaq, Azərbaycanı, bir az dəqiq ifadə ilə yarım diktatorluğun olduğu ölkə kimi səciyyələndirmək mümkündür. Qarabağ problemi var, bunu həll edə bilmirlər, amma bu problemdən aldıqları güclə də Azərbaycanı heç bir cavabdehlik və məsuliyyət hiss etmədən yönətməyə çalışırlar. Bu, sağlıqlı və salamat bir çıxış yolu deyil. Heç gözlənilmədən, Azərbaycanda bir xalq hərəkatı başlaya bilər. Əgər belə bir olay çıxarsa, təbii ki, bunun səbəbi Azərbaycanın indiki idarəetmə sistemi olacaqdır”.

HƏBSİNDƏN ƏVVƏL YADİGAR SADIQOVA XƏBƏRDARLIQ OLUNUBMUŞ

“Bakıda və Lənkəranda müəyyən informasiyalara malik dostlar həbs təhlükəsində olduğumu və ehtiyatlı davranmağı demişdilər. Amma mən narkotik alverçisi və ya gecə oğrusu deyiləm ki, ehtiyatlı olum. Düşündüklərimi yazır, doğru bildiklərimi təbliğ edirdim”.

Yadigar Sadıqov
Yadigar Sadıqov
Bunu hökmdən sonra “Yeni Müsavat”a müsahibəsində 6 il azadlıqdan məhrum edilən Müsavat başqanının müşaviri Yadigar Sadıqov deyib.

“Özünüsenzura həbsdən daha dəhşətlidir. Həbs edilən insanlar daxilən azad qala bilər. Lakin fikirlərini senzuradan keçirənlər artıq azadlıqlarını itirmişlərdir. Bu səbəbdən həbsi gözləyirdim”.

MİLLİ ŞURADA AD DAVASI GEDİR?

“Yeni Azərbaycan” qəzeti yazır ki Milli Şurada indi də ad davası başlayıb.

“Məşədi İbadın sözü olmasın , bir növ adətkar olublar-axşam yatıb obaşdan qondarma “Milli şura” barəsində xoruz səsi eşitməmiş yeni bir səslənmə dilə gətirməsələr, rahatlıq tapa bilmirlər”.

Qəzet yazır ki, ad dəyişikliyi ilə bağlı ideya “EL” hərəkatının rəhbəri Eldar Namazovdan gəlsə də onun Milli şura ilə bağlı istəyinin yalnız ad dəyişikliyi ilə bitmədiyini qeyd edir.
“O, belə demək mümkünsə, bütöv bir yeni “tezislər” siyahısı ilə çıxış edib”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG