Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:12

H.Əliyev: «Mən Vasif Talıbovun çox xüsusiyyətlərini bilirdim...»


Vasif Talıbov, Heydər Əliyev və İlham Əliyev
Vasif Talıbov, Heydər Əliyev və İlham Əliyev
-
«Şərq qapısı» - 14.01.2014

İnkişaf edən qədim Naxçıvan

Ulu öndər Heydər ƏLİYEV: Mən ümumiyyətlə demək istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun çox xüsusiyyətlərini bilirdim. O, sübut etdi ki, Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər.

...Naxçıvan Muxtar Respublikasında sosial həyatın bütün sahələrində analoqu olmayan uğurların qazanılmasında bir başlıca səbəb vardır: o da ulu öndərimizin yoluna sədaqət və bu yolun davam etdirilməsidir. Müdriklərin fikrinə görə, «Qısa vaxtda böyük izlər qoymaq hər şəxsə qismət olmur. Bunu edənlər əsl siyasi xadimlərdir». Muxtar respublikamızda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan nəticələr seçilən düzgün siyasi xəttin bəhrəsi olmaqla yanaşı, həm də rəhbər faktorunun real siyasi fəaliyyətdə təsdiqidir

Əldə olunan nailiyyətlər muxtar respublikanın keçdiyi intibah yolunun bəhrələridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvanın inkişafı barədə demişdir: «Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq, quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür….

…Xarizmatik şəxsiyyətlər siyasi varislik ənənələri formalaşdıraraq böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin edir, gələcəyə hesablanmış ideoloji-siyasi və iqtisadi əsaslara söykənən güclü idarəetmə modeli yaradırlar. Artıq belə bir model göz qabağındadır – bu, inkişafın «Naxçıvan modeli»dir.
XS
SM
MD
LG