Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 04:50
-
Yanvarın 17-də Dövlət Film Fondunda xalq artisti Həsən Məmmədovun 75 illik yubileyi münasibətilə xatirə tədbiri keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin, Dövlət Film Fonduna istinadən yaydığı xəbərə görə, tədbirdə H.Məmmədova həsr edilən fotosərgi nümayiş etdiriləcək, rol aldığı filmlərdən fraqmentlər göstəriləcək, sənət dostlarının xatirələri dinlənəcək.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.

Həsən Məmmədov Azərbaycanın ulduz aktyorlarından olub.

1938-ci il noyabrın 22-də Salyanda doğulub.

Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib (Mehdi Məmmədovun sinfini).

Dövlət Dram Teatrında aktyor olaraq fəaliyyətə başlasa da, onun taleyinə kinoaktyor olmaq yazılıb.

Həsən Məmmədov Azərbaycan kinosunun böyük bir dönəminə öz damğasını vuran aktyor kimi tarixə düşüb.

Xalq artisti 2003-cü il avqustun 26-da Bakıda vəfat edib.

Məzarı II Fəxri Xiyabandadır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG