Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 17:47

Azıxantropun çənə sümüyü azərbaycanlıya məxsusdur?


-

Yazıçı Elçin Hüseynbəylinin (Qaraçuxanın) “Azıx” romanı “Qələm” nəşriyyatında çap edildi.

Əsər ironik üslubda qələmə alınıb və roman içində roman, yaxud roman-əfsanə kimi oxuna bilər.

Romanda Amerikada təhsil almış klonlaşdırma üzrə alim İmranbəyin azıxantropu diriltmək cəhdlərindən bəhs edilir.

Bunun üçün alim azıxantropun alt çənə sümüyündən istifadə edir və hominidin yaddaşına girir.

“Vətənpərvər azərbaycanlılara həsr olunur” epiqrafı ilə başlanan romanda yazıçı baş qəhrəman İmranbəyin timsalında ifrat millətçiliyə və anlaşılmaz vətənpərvərliyə rişxənd edir. Əsərin girişində müəllif yazır:

“Azıx mağarası haqqında roman yazdığımı eşidən ziyalı qardaşlarımızdan biri mənə qəribə söz dedi: Yəqin romanda sübut edəcəksən ki, orada tapılmış çənə sümüyü azərbaycanlıya məxsusdur...” Təsəvvür edirsiniz!? Eramızdan 350 min il əvvəl... özü də azərbaycanlı? ”

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG