Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 23:00

Şahmat ustası Vüqar Həşimov dəfn olundu

Vüqar Həşimov
Vüqar Həşimov
Almaniyanın Heydelberq xəstəxanasında vəfat edən azərbaycanlı şahmat ustası Vüqar Həşimov dəfn olundu.Respublika Şahmat Mərkəzində keçirilən vida mərasimində dövlət rəsmiləri, millət vəkilləri, mərhumun yaxınları və idmançı yoldaşları iştirak ediblər.Vüqar Həşimov mərasimdən sonra 3-cü Fəxri xiyabanda dəfn edilib.

Üçqat Azərbaycan və 1 dəfə Avropa çempionu olan Vüqar Həşimov yanvarın 11-də vəfat edib. O başındakı bəd xassəli şişdən əziyyət çəkirdi.
This item is part of
XS
SM
MD
LG