Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:50

1991-1994-cü illərdə ölən Azərbaycan hərbçilərinin siyahısı açıqlanıb


1991-1994-cü illərdə Qarabağ və digər dövlət sərhədində baş verən döyüş əməliyyatlarında 11 557 Azərbaycan hərbçisi həlak olub.

Azərbaycan Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytı həlak olmuş hərbçilərin adlarını açıqlayıb.Bəzi rayonlar üzrə siyahı tam olmasa da, bu 1991-1994-cü illərdə həlak olan Azərbaycan əsgərlərinin ilk rəsmi siyahısı hesab olunur.

Siyahıda hərbi əməliyyatlar zamanı itkin düşən şəxslərin adları da var.

Döyüş əməliyyatları zamanı bombardmandan və düşmən tərəfindən kütləvi şəkildə qətlə yetirilən mülki şəxslərin adları siyahıya daxil deyil.
XS
SM
MD
LG