Keçid linkləri

2026, 14 May, cümə axşamı, Bakı vaxtı 21:26

Ukraynada müxalifətçi döyülüb

Yuriy Lutsenko
Yuriy Lutsenko
-
Ukrayna müxalifət hərəkatının liderindən Yuriy Lutsenko yanvarın 11-ə keçən gecə «Berkut» xüsusi təyinatlıları tərəfindən döyülüb. Kəllə-beyin zədəsi alan Lutsenko yerli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Lenta.ru-nun məlumatına görə, Kiyev prokurorluğunda «səlahiyyət həddini aşma» maddəsi ilə cinayət işi açılıb.

Müxalifət ilə milis arasında qarşıdurma «Vasilkov terrorçuları»na hökm oxunan zaman baş verib. Onlar 2011-ci ildə deputatlara sui-qəsd cəhdində ittiham olunurdular.

Təqsirləndirilən şəxslərin 6 il azadlıqdan məhrum edilməsi məhkəmə qarşısına yığılan müxalifətçiləri narazı salıb. «Berkut» etirazçılara qarşı güc tətbiq edib. Yuriy Lutsenko da bu zaman xəsarət alıb.
This item is part of
XS
SM
MD
LG