Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 18:28

İran və Rusiya ərzaq əvəzinə neft mübadiləsini razılaşdırır


Reutersin məlumatına görə, İranla Rusiya ərzaq əvəzinə neft mübadiləsi ətrafında danışıqlar aparır. Bu, İrana neft ixracını kəskin artırmağa imkan verəcək.

Moskva Tehrandan gündə 500 min barrel neft alacaq, əvəzində İrana Rusiya malları və ərzaq göndəriləcək.

Qərb sanksiyaları İranın neft ixracını yarıbayarı azaldıb. Hazırda İran gündə 1 milyon barrel neft ixrac edə bilir.
XS
SM
MD
LG