Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 14:56

Bağdadda törədilən partlayışda azı 23 adam ölüb


Foto arxiv
Bağdaddakı hərbi mərkəzdə törədilən partlayışda 23 könüllü ölüb, 30 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayışı intiharçı törədib.Partlayışa görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.Amma ehtimal olunur ki, bunun arxasında Əl qaidə ilə əlbir olan yaraqlılar durur.

Yaraqlılar ötən həftə əl Fəllucə və Ramadi şəhərinin bir hissəsini ələ keçiriblər.
İraq ordusu yaraqlıları bu şəhərlərdən çıxarmağa çalışır.

İraqın baş naziri nuri al Maliki çərşənbə axşamı yaraqlıları əl Fəllucəni tərk etməyə çağırıb və silahı yerə qoyanlara amnistiya veriləcəyini vıəd edib.

Məlumatlara görə son həftə ərzində Əl Fəlluca və Ramadidə gedən döyüşlərdə 250-dən çox adam ölüb.
XS
SM
MD
LG