Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 21:09
-
2014-cü il yanvarın 1-dən Milli Məclisə smartfon tipli telefonla giriş qadağan olunub.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğu AzadlıqRadiosuna deyir ki, bu qərar sırf təhlükəsizliyin təminatı üçün verilib:

“Deputatlardan tutmuş Milli Məclisə gələn qonaqlar və jurnalistlərin hamısı həmin modeldən olan bütün telefonları binaya daxil olarkən girişdə təhvil verməlidir”.

Bundan sonra Milli Məclisə gələn hər bir şəxs mobil telefonlarını girişdə mühafizəçilərə təhvil verməlidir.

Milli Məclisin payız müzakirəsində deputatların səsverməsi ilə bağlı gizli kadrlar sosial şəbəkədə yayıldı. Kadrlarda bir deputat iclasda iştirak etməyən digər həmkarlarının da yerinə səs verdiyi görüntülənib.

Milli Məclisin yeni qərarı bununla bağlı ola bilərmi? Akif Təvəkküloğlu deyir ki, “qətiyyən, bu sırf təhlükəsizlik üçün verilən qərardır”.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG