Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 19:32

Joe Biden: " ABŞ terrorçuluqla mübarizədə İraqa kömək edəcək"


Joe Biden
Joe Biden
ABŞ-ın vitse-prezidendi Joe Biden bu həftə İraqın baş naziri Nuri al Malikiyə iki dəfə telefon açıb. Ağ evin sözçüsü deyib ki, məqsəd İraq hökumətinin əl Fəllucə şəhərinə nəzarəti bərpa etmək cəhdlərinə dəstək nümayiş etdirməkdir.

İraqın baş naziri nuri al Maliki çərşənbə axşamı Əl Fəllucə şəhərinin bir hissəsini zəbt edən yaraqlıları şəhəri tərk etməyə çağırıb və silahı yerə qoyanlara amnistiya veriləcəyini vıəd edib.Həmçinin Anbar əyalətinin paytaxı Ramadinin bir hissəsi sünni yaraqlıların nəzarətindədir.

Yerli Qızıl Aypara təşkilatının məlumatına görə, son bir neçə gün ərzində əl Fəllucəni 13 min ailə tərk edib.

Beynəlxalq Human Rights Watch təşkilatı əyalətdə qarşı-qarşıya duran bütün tərəfləri pisləyib. Məlumatlara görə son həftə ərzində Əl Fəlluca və Ramadidə gedən döyüşlərdə 250-dən çox adam ölüb.
XS
SM
MD
LG