Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:05

Buzovna-Mərdəkan yolundakı yaşayış massivindən şikayət...


Arxi-foto
Arxi-foto
-
“Prezidentin evinə gedib gələn yolun kənarında yaşayan sakinlərin acınacaqlı yaşayışından xəbəri yoxdur. Buzovna-Mərdəkan istiqamətində olan körpünün ətrafı, konkret olaraq Gülağa Həsənov küçəsi bərbad vəziyyətdədir. Yağış yağanda buraya nəqliyyat işləmir. Qəsəbələrin abad olduğu bur vaxtda küçələrimizdən keçmək mümkün deyil”.

“SU EVLƏRİMİZƏ DOLUR”

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Mərdəkan yaxınlığındakı yeni yaşayış massivində yaşayan Elman Quliyev deyir. Sakin yaşayış massivinə diqqət göstərilməməsindən gileylənir:

“Şikayət yazmadığımız qurum qalmayıb. Deputatımız da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır. Ona da yazmışıq. Yazdığımız ona gedib çatır, ya yox, bunu bilmirik”.

Massivin başqa sakini Ellada Xanbabayeva:

“Kanalizasiya xətləri yoxdur. Yağış yağanda su evlərimizə dolur. Bir evin döşəməsini neçə dəfə dəyişmək olar axı? Paytaxtda yaşayasan, günlərlə işıqsız, qazsız qalasan”.

“EVLƏRİN ÇOXU QANUNSUZDUR”

Xəzər rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, yeni massivdəki tikililərin çoxu qanunsuzdur. Bununla belə, ərazidə yaşayış olduğunu nəzərə alıb orada insane yaşayışı üçün zəruri olan bütün kommunal problemləri həll etməyə çalışırlar. Ancaq bu işləri tez bir zamanda görmək mümkün olmadığına görə sakinlər bir qədər gözləməli olacaqlar.
XS
SM
MD
LG