Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:50

Qubada 4 nəfər saxlanılıb


arxiv foto
arxiv foto
-
Ötən gecə Qubada 4 nəfər saxlanılıb. Bu barədə AzadlıqRadiosuna rayondakı hüquq müdafiəçisi Aftandil Məmmədov məlumat verib.

Dediyinə görə, qara maskalı şəxslərin keçirdiyi əməliyyat zamanı saxlananlardan biri də onun 22 yaşlı əmisi oğlu Vəfanur Məmmədovdur.

“Gecə saat 1 radələrində onların evinə gələn qara maskalı şəxslər ailə üzvlərinə zor tətbiq etməklə onu aparıblar. Hara aparıldığı, harada saxlandığı bizə məlum deyil. Rayon polisindən dedilər ki, əməliyyatı onlar keçirməyiblər və bu barədə də hər hansı məlumatları yoxdur. Əmim oğlu 2 ay əvvəl namaza başlayıb. Onu “vahabi”lərlə əlaqələrdə ittiham edirlər”.

Əməliyyatın Milli Təhlükəsizlik nazirliyi tərəfindən keçirildiyi barədə ehtimallar səsləndirilsə də, nazirliyin mətbuat xidmətindən AzadlıqRadiosuna bu barədə məlumatsız olduqlarını bildiriblər.
XS
SM
MD
LG