Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:34

ABŞ-da 51 dərəcəyədək şaxta qeydə alınıb


Bostonda qar
Bostonda qar
Son 20 ildə ABŞ-da görünməyən şaxtalara görə 3 mindən çox təyyarə reysi təxirə salınıb.

Bir sıra ştatlarda məktəb və müəssisələr bağlanıb.Ölkənin iri şəhərlərindən olan Çikaqoda 25 dərəcə şaxtadır.Bəzi orta qərb və mərkəzi rayonlardakı dağlıq ərazilərdə 45, Şimali Dakota ştatında isə 51 dərəcəyədək şaxta qeydə alınıb.

Həmçinin ölkənin Atlantik sahillərində güclü şaxta gözlənilir. Hakim dairələr sürücüləri ehtiyatlı olmağa çağırır, tədbirlər görür.

Soqyuq hava kütləsi ABŞ-a qonşu Kanadadan gəlib. Torontoda 29, Kvebek-Sitidə isə 36 dərəcə şaxta düşüb.
XS
SM
MD
LG