Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:21

Gülağa Aslanlı: «Milli Şuranın bu gün bəlli hədəfləri yoxdur» [Video]


-


«İşdən Sonra» verilişində Müsavat başqanının müavini Gülağa Aslanlı partiyanın Milli Şuradan getmə səbəblərindən danışıb:

«Müsavat Partiyasının bu qərarı uzun müzakirələrdən sonra qəbul olunub. Partiya Milli Şura ideyasının gerçəkləşməsinə çalışıb və ziyalılardan birinin vahid namizəd olmasını dəstəkləyib. Müsavat Milli Şuranın seçkiyə qatılmasını da vacib sayıb. Biz seçkidə bütün qüvvəmizi ortaya qoymuşuq. Seçkidən sonra Müsavat Partiyası dörd təklif irəli sürüb:

1) Rüstəm İbrahimbəyov ləyaqətlə yola salınsın;
2) Cəmil Həsənli Milli Şuranın sədrliyinə gətirilsin;
3) Şuranın hədəfləri dəqiqləşdirilsin;
4) İdarəetmə təkmilləşdirilsin.

İlk 2 təklif gerçəkləşsə də, son iki təklif haqında ortaya bir mövqe qoyulmur. Milli Şuranın bu gün bəlli hədəfləri yoxdur. Kifayət qədər vaxt itkisinə yol verilib».

«MİLLİ ŞURANIN DAĞILMAĞINI İSTƏMİRİK»

«Seçkinin nəticəsində ölkədə dəyişiklik baş vermədi. 2003-cü ildə İsa Qəmbər seçkinin qalibi olmuşdu. Biz bu qalibiyyəti reallaşdıra bilmədik. Nə Müsavat, nə də Milli Şura seçkinin nəticələrini dəyişə bildi. Müsavat Partiyası Milli Şuranın dağılmağını istəmir. Cəmil Həsənli də öz müsahibəsində bildirib ki, Müsavat Partiyasının Milli Şuradan getməsini istəmir, lakin Müsavat olmadan da Milli Şura fəaliyyətini davam etdirəcək, zəifləməyəcək».
XS
SM
MD
LG