Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:15

İsmayıllıda sazlı dəllək...


Vidadi Baxışov
Vidadi Baxışov
-
İsmayıllı şəhərinin M.F.Axundov küçəsində Vidadi Baxışov adlı bir usta yaşayır. Ancaq bilmirəm ona, saz ustası deyək, yoxsa baş ustası.

Əslində Vidadi Baxışov dəlləkdir, ancaq onun işlədiyi balaca “butka”da mərhum atasından yadigar qalmış bir sazı da var. O, atasından qalma sazı əzizləyib saxlayır və yanına gedən müştərilərə lazım olanda həm şer söyləyir, həm də sazda ifa edir. Biz də onun qonağı olduq və oradan gözəl təəssüratlarla qayıtdıq.

Vidadi Baxışov
Vidadi Baxışov
Usta Vidadi Baxışovun dedikləri:

“Qırx beş ilə yaxındır ki, bu sənətlə məşğulam. Ata-baba sənətimizdir. Hal-hazırda əlli dörd yaşım var. Bu sənətə başlayanda uşaq idim. Əsgərlikdə də bu işlə məşğul olmuşam. Bu yaşıma kimi işimi və sənətimi dəyişməmişəm. Otuz dörd ildir ki, bu ərazidə işləyirəm və artıq mənə belə demək mümkünsə, veteran demək olar. Arada saza, sözə də yer verirəm. Saz rəhmətlik atamdan yadigar qalıb, darıxanda həm özümçün, həm də müştərilərim üçün ifa edirəm”.

O bizə də bir neçə kuplet əzbərdən şer deyir:

Sənət səhnəsindən baxdım həyata
Ağlayan insandı, gülən insandı
Sonu görünməyən bir karvan kimi
Yollanan insandı, gələn insandı...
XS
SM
MD
LG