Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:14

Şimali Koreya lideri dayısını itlərə yedizdirib?


Kim Jong Un dayisi Jang Song Thaek-ın dəfn mərasimində
Kim Jong Un dayisi Jang Song Thaek-ın dəfn mərasimində
-
ABŞ tarixçisi və jurnalisti Tim Stanley yazır ki, Şimali Koreya kimi əcaib ölkədən gələn ən əcaib şaiyələrə də inanmaq istəyir.

Kim Jong-un bir çağanı yeməsi və ya onun sələfi Kim Jong-il-in canlandırılmış meyiti ilə kənd uşaqlarının qorxudulması və sair. Nekrokratiyalarda (ölmüş liderlər tərəfindən o biri dünyadan idarə olunan ölkələrə belə deyirlər) belə şeylərin baş verməsi bəlkə də daxili siyasətin incəliklərindəndir.

Məhz buna görə də, “The Singaporean Straits Times” qəzetinin Çin mediasına istinadən yaydığı xəbər də inandırıcı görünə bilər.

Bu xəbərdə deyilir ki, Kim bu yaxınlarda öldürdüyü dayısını güllələmə vzvodu ilə yox, ac itlərlə edam etdirib.

Bildirilir ki, Jang və onun beş müşaviri lüt soyundurularaq qəfəsə salınıblar. Ardınca bu qəfəsin içinə üç gün ərzində ac saxlanmış 120 it buraxılıb. Bu üsula Koreyada "quan jue" – itlərlə edam deyilir.

Bütün edam prosesi, yəni ac itlərin ölkənin gözdən düşmüş rəsmilərini tamamilə yeməsi bir saat çəkib.

Edama cənab Kim Jong Un özünün 300 əshabəsi ilə tamaşa edib.

Məlumata görə o, hətta “tamaşa” zamanı curlarına qarğıdalı qovurması təklif edirmiş.

İTLƏRLƏ, YA İTLƏRSİZ

Müəllif yazır ki, bu kimi xəbərləri Qərb mediası yavaş və ehtiyatla yaymağa başlayıb.
Nə üçün məhz 120 it və 300 tamaşaçı?

“Bir balaca James Bond əhvalatlarına bənzəyir” – yazır Tim Stanley.

Cənab Stanley onu da qeyd edir ki, “The Singaporean Straits Times” mötəbər qəzetdir, lakin özünün qatı antikommunist mövqeyi ilə fərqlənir.

Məqalədə sual edilir ki, ötən ayın ortalarında baş vermiş bu hadisə məhz indi Çin mediasının Honq Konq bölümü tərəfindən niyə ortaya çıxarılıb?

Britaniya qəzetlərinin şərhçiləri bir məsələdə demək olar ki, həmrəydirlər: bu xəbərin Çinin mötəbər “Wen Wei Po” qəzeti tərəfindən yayılmasını təsadüf hesab etmək olmaz, beləki Çində mətbuat tamamilə hakimiyyətin nəzarətindədir.

Şərhçilərin fikrincə, Şimali Koreyanın “boz kardinalı” Thaek-in itlərlə və ya itlərsiz edamı Pekini qəzəbləndirib.

Cənab Thaek Çinlə sıx siyasi-iqtisadi bağların memarı sayılırdı.

Üstəlik, hökumətin ruporu olan “Wen Wei Po” qəzeti təkcə “it məsələsindən” yazmayıb. Həmin məqalədə Şimali Koreyanın siyasəti kəskin tənqid olunur.

Başqa sözlərlə, Kim Jong Un, deyəsən, Çinin “qırmızı xətti”ni keçib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG