Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 11:00

NİDA Müsavatın müqavilə təklifindən imtina etdi


-
NİDA Vətəndaş Hərəkatı Müsavat Partiyasının əməkdaşlıq müqaviləsi bağlamaq barədə təklifini qəbul etməyib.

Hərəkatın üzvü Ülvi Həsənli AzadlıqRadiosuna bildirib ki, onlar Müsavat Partiyası ilə sözügedən müqaviləni bağlamağa zərurət görmürlər.

Ülvi Həsənlinin dediyinə görə, hərəkat hər hansı partiya ilə rəsmi müqavilə bağlamağı vacib saymır. O deyir ki, real siyasi qüvvələrlə əməkdaşlıqları var və bunu davam elətdirirlər. Bu əməkdaşlığı da rəsmiləşdirməyə ehtiyac yoxdur.

Müsavat başqanının müavini Gülağa Aslanlı AzadlıqRadiosuna bildirib ki, onlar siyasi partiyalardan fərqli olaraq NİDA-ya əməkdaşlıq müqaviləsi təklif ediblər:

«Siyasi partiyalara müttəfiqlik müqaviləsi təklif etmişdik. Hazırda bayram tətilidir və NİDA-nın cavabı partiyada müzakirə olunmadığı üçün bu məsələyə rəy vermək istəməzdim».

Müsavat Partiyası Milli Şurada təmsil olunan siyasi qüvvələrə və ictimai təşkilatlara ikitərəfli müttəfiqlik təklif edib.
XS
SM
MD
LG