Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 03:54

Yeni ilə fişənglərlə və qadağalarla…


Arxiv foto
Arxiv foto
-
Dünyanın bir çox ölkələri Yeni ilə havaya atılan fişənglərlə, açıq havada şən mahnılarla girdiyi halda, bəzi ölkələrdə Yeni il gecəsi qadağalar da olub.

Sudanın Cənubunda daxili müharibə 2013-cü ilin son günündə də davam edib.

Keçən il ən böyük ticarət ortaqları Avstraliya və Yeni Zellandiya isə Samoa Adaları və Kribati ilə birlikdə yeni ilə ilk girən ölkə oldu.

İndoneziyanın Bali adasında Yeni il şən qarşılanarkən şəriət qanunlarının hökm sürdüyü Banda Acehdə təntənələr qadağan olunub.

İsrailin həbsdə olan 26 fələstinlini azad etməsi Ramallahda bayram sevincini ikiqat artırıb.

London sakinləri isə təkcə havaya atılan fişəngləri görmədilər, həm də hiss etdilər. Bompas Parr şirkərinin tətbiq etdiyi sistemlə atılan fişənglərlə havaya xoş meyvə ətriləri yayılır, müxtəlif rənglərdə qar yağırdı.

Yeni il şənliklərinin mərkəzi Nyu Yorkun Times Meydanında yüz minlərlə amerikalı və turist Miley Cyrusun konserti ilə coşub.

Parisin meydanları yeni ilə alkoqolsuz girib. Eyfel qülləsinin ətrafı da daxil olmaqla təxminən bir milyon adamın toplaşdığı əsas meydanlarda alkoqolun qarşısını almaq üçün polis səhərədək növbə çəkib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG