Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:35

Əhalinin ərzaqla bağlı xərcləri artıb


-
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda hər bir istehlakçı orta hesabla ayda 86 manatlıq ərzaq, 80 manatlıq qeyri-ərzaq malları alıb.

Bu məlumatı apa Dövlət Statistika Komitəsinə istinadən yayıb.

Bu ilin yanvar-noyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 51%-i qida məhsulları və içki, 1.7%-i tütün məmulatları, 20.8%-i toxuculuq malları, geyim və ayaqqabı, 4.5%-i elektrik malları və mebel, 1.3%-i kompyuter avadanlıqları, kitab və digər çap məmulatları, 1.2%-i əczaçılıq və tibbi mallar, 6.6%-i avtomobil yanacağı, 12.2%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
XS
SM
MD
LG