Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 11:31

Bir qrup gənc Zaur Həsənovun ölümünə etiraz etdi [Video]


Zaur Həsənovun ölümünə etiraz etdilər
Gözlə

No media source currently available

0:00 0:06:03 0:00

Zaur Həsənovun ölümünə etiraz etdilər

-
Bir qrup gəncin Qarabağ əlili Zaur Həsənovun ölümünə etiraz aksiyası zamanı 20-yə yaxın saxlanan olub.

Azadlıqradiosunun hadisə yerində olan müxbiri xəbər verir ki, hazırda “Fəvvarələr Meydanı”nda sakitlikdir. Ərazidə çox sayda polislər var. Meydana gediş-gəliş məhdudiyyəti aradan qaldırılıb.

Saxlananların hara aparılması barədə hələ ki məlumat yoxdur.

***

"Fəvvarələr Meydanı"na giriş məhdudlaşdırılıb. Ara-sıra şüar səsləndirənlər olur. Polis onları da saxlayıb maşınlara mindirir.

***
Qarabağ əlili Zaur Həsənovun ölümünə etiraz olaraq 50-yə yaxın gənc “Fəvvarələr Meydanı”nda oturaq aksiya keçirib. Onlar əllərində “Qazilər ölməsin, ordu morqa dönməsin” və bu kimi digər şüarlar tutublar. Polis aksiyaçılara dərhal müdaxilə edib.

Azadlıqradiosunun hadisə yerindəki müxbirinin verdiyi xəbərə görə, saxlananlar var.Saxlananlar arasında Türkel Əlisoy, Bəyim Həsənli, Toğrul İbrahim, Kəmalə Bənəyarlı, Kamilə Əhmədova da var.

Polis qüvvələri “Fəvvarələr Meydanı”nı nəzarətə götürüb. Hadisə yerində çoxlu sayda polis avtomobilləri və mülki geyimli şəxslər var. Meydana təzyiqli su vuran maşın da gətirilib.

Bundan öncə, Daxili İşlər Nazirliyi razılaşdırılmamış aksiyanın qarşısı alınacağını bildirmişdi. Zaur Həsənovun ölümünə etiraz olaraq aksiyanın keçirilməsi qərarı sosial şəbəkələrdə alınmışdı.

Yaxın saatlarda aksiyadan video da baxa biləcəksiz.








Şərhlər (22)

Bu forum dayandırılıb
XS
SM
MD
LG