Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Yanvar, çərşənbə, Bakı vaxtı 09:55

Bakıda daha bir nəfər özünü yandırıb


xəstəxana
-
Dekabrın 28-i axşam saatlarında Bakıda daha bir nəfər özünü yandırıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məlumat yayıb. Məlumata görə,
özünü yandıran Rusiya Federasiyasının vətəndaşı, 1962-ci il təvəllüdlü Arzu Soltan oğlu Ələkbərovdur.

Yeni Günəşli qəsəbəsində kirayədə yaşayan Arzu Ələkbərov dekabrın 28-də saat 17.40 radələrində paytaxtın Qaraçuxur qəsəbəsindəki 15 saylı evin qarşısında sərxoş halda üstünə benzin tökərək özünü yandırıb.

5 saylı şəhər Xəstəxanasına yerləşdirilmiş A.Ələkbərovun vəziyyəti orta-ağırdır. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırmalar aparılır.

Bundan öncə - dekabrın 25-də Qarabağ əlili zaur Həsənov Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O, dekabrın 28-də vəfat edib.

Şərhlər (1)

Bu forum dayandırılıb

Günün bütün mövzuları

XS
SM
MD
LG