Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:07

Qarabağ müharibəsi veteranları prezidentə müraciət edib


Qarabağ Qaziləri İctimai Birliyinin üzvləri ötən gün özünü yandıran Qarabağ əlili Zaur Həsənovun müalicə edildiyi 5 saylı xəstəxananın qarşısına topalaşıblar.Onlar məsələylə bağlı prezident İlham Əlievə müraciət ünvanlayıblar. Bunu ANS-PRESS-ə birliyin sədri Etimad Əsədov deyib.Onun prezidentə göndərdiyi müraciətdə deyilir:
“Cənab prezidentə müraciət edirəm ki, belə halların qarşısı alınsın. Məmurların bizim başımıza açdığı oyunlardan xəbərdar olsun. Bir deputat, millət vəkili xalqın güzəranını yaxşılaşdırmaq, Qarabağ qazilərini və vətən qarşısında xidməti olan insanların güzəranını yaxşıladırmaq əvəzinə beş övladı olan bir şəxsin dolanışıq yerini əlindən alıb onu ölümə sürükləyib, intihar etməyə vadar edirsə bu çox dəhşətli hadır".

E.Əsədov qeyd edib ki, millət vəkilləri və məmurlar məsələyə öz münasibətini bildirməlidilər.

O həmçinin Qarabağ əlillərinə verilən məvacibin az olmasından şikayətlənib.
XS
SM
MD
LG