Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:15

Sabir Rüstəmxanlı «Dərdə əyilmə» dedi…


-
«Kitabı Müstəqillik yolunun mənəvi xəritəsi və ya itirilmiş imkanlar haqqında elegiya da adlandırmaq olar».

Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının yenicə çapdan çıxmış «Dərdə əyilmə» kitabının annotasiyasında belə yazılıb.

«Köhnə dünyanın yeni düşüncəsi» başlığı ilə çıxan kitabda müəllifin publisistik yazılarının bir qismi toplanıb.

Kitabın girişində deyilir ki, məqalələrin yazıldığı illər Azərbaycan tarixinin şərəfli, ancaq itki və faciələrlə dolu, müharibənin fiziki və mənəvi yaraları altında xalqın ürəyinin sızladığı illərdir.

Azərbaycanın müstəqillik hərəkatının liderlərindən və müstəqil dövlətin qurucularından olan müəllif bu çətin dönəmin qüruru ilə yanaşı, bütün ağrılarını da yaşayıb.

Sabir bəy öncə kitabın adını «Dərd» qoymaq istəyib. Onun fikrincə, kitabdakı yazıları birləşdirən son 30 ildə yaşadığımız dərdlərdir.

Amma sonra niyyətinin dərdləri közərtmək deyil, ona sinə gərmək, onu dəf etmək, yolsuzluqdan yol bulmaq olduğunu düşünüb və «Dərdə əyilmə» deyib.

672 səhifəlik kitab 1000 tirajla «Qanun» nəşriyyatında çapdan çıxıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG