Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:08

Azərbaycanda kartof İsveçdən də bahadır...


Bakıda bazar
Bakıda bazar
-
2013-cü ilin 11 ayı ərzində illik inflyasiya 2.3 faiz olub. Bu barədə məlumat Mərkəzin Bankın «Azərbaycan» qəzetində dərc olunan bəyanatında verilib.

«Dünya ərzaq qiymətlərində artımın səngiməsi, pul təklifinin məqbul templi artımı və manatın məzənnəsinin sabitliyi inflyasiyanın aşağı səviyyədə qalmasında mühüm amillərdir. Yerli istehsal hesabına ölkədə ərzaqla təminat səviyyəsinin yüksəlməsi də qiymətlərə sabitləşdirici təsir göstərir. İstehlak səbətində əhəmiyyətli paya malik ərzaq malları üzrə inflyasiya cəmi 2.2 faiz olub».

«O, İCAZƏ VERMƏSƏYDİ, İNDİ MTN TƏCRİDXANASINDA ŞİKƏST OLMUŞDUM»

«Onurğamda iki yırtıq əmələ gəlib. Biri bel nahiyəmdə, o biri isə boynumdadır. Boynumdakı xeyli vaxtdır var, bel nahiyəmdə təzə yaranıb. Boynumda olan yırtıq həyatım üçün çox təhlükəlidir, hər an məni iflic edə bilər».

Bunu həbsdə olan Prezidentin İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyev Mediaforum saytına deyib.

Hazırda Penitensiar Xidmətin müalicə mərkəzində olduğunu bildirən Akif Muradverdiyev İlham Əliyevi həmişə dəstəklədiyini, mətbuatda onunla bağlı yazılanları yalan adlandırıb. O, əfv olunması üçün prezidentə etdiyi müraciətin niyə cavabsız qalması barədə suala belə cavab verib:

«Mənim prezidentə müraciətimin ona çatdırılıb-çatdırılmadığını bilmirəm. Ancaq bu gün müalicə müəssisəsində olduğuma görə ona minnətdaram. Əgər o, icazə verməsəydi, mən indi MTN təcridxanasında şikəst olmuşdum. Çox güman, mənim haqqımda prezidentə verilən uydurma yalan və şayiədən sonra ona etdiyim müraciətin qarşısını almağa çalışan qüvvələr var.
Bakıda hərbi parad
Bakıda hərbi parad
Ancaq ümid edirəm ki, çox qısa zamanda prezident hər şeyi olduğu kimi biləcək».

1 MİLYARD 257 MİLYON DOLLARLIQ SİLAH-SURSAT

apa yazır ki, Azərbaycan 2013-cü ildə 1 milyard 257 milyon dollarlıq silah və hərbi texnika alıb.

Azərbaycan 2013-cü ildə silah və hərbi texnika idxalına görə dünya ölkələri arasında 15-ci yeri tutur. Bu barədə Dünya Silah Ticarəti Analizi Mərkəzinin (SAMTO) yaydığı məlumatda qeyd olunub.

Ümumilikdə, 2013-cü ildə dünya ölkələri silah alışına ən azı 65 milyard 982 milyon dollar xərcləyib ki, bu da «soyuq müharibə» dövründən sonra ən yüksək nəticədir.
Silah alınması üzrə ilk yerdə 9 milyard 943 milyon dollarla Hindistan dayanır. Sonrakı yerlərdə Səudiyyə Ərəbistanı (5 milyard 329 milyon dollar), Böyük Britaniya (3 milyard 626 milyon dollar), BƏƏ (3 milyard 511 milyon dollar), ABŞ (2 milyard 502 milyon dollar), Küveyt (2 milyard 451 milyon dollar), Türkiyə (1 milyard 733 milyon dollar), Tayvan (1 milyard 730 milyon dollar), İndoneziya (1 milyard 718 milyon dollar) və Misir (1 milyard 629 milyon dollar) gəlir.

KARTOFUN QİYMƏTİ DÜNYADA VƏ AZƏRBAYCANDA

«Azadlıq» qəzeti kartofun qiyməti ilə bağlı araşdırma aparıb. Yanacaq bahalaşandan sonra Azərbaycanda kartofun bir kiloqramının 1 manat 50 qəpiyədək qalxıb:
Kartof
Kartof

«Gürcüstanda 1 kq kartof 50, İsveçdə 15-18, Şimali Kiprdə 65 qəpik,
ABŞ-da 0.30 sentə, Fransada 0.54 avroyadır...».

«GÖYGÖLƏ GƏL GÖYGÖLƏ...»

«Kaspi» qəzeti Göygöldən yazır. Qəzet bu rayonda turizmin inkişafı üçün böyük işlər görüldüyünü qeyd edir:

«Göygöl şəhərinə daxil olanda ilk diqqəti çəkən eyni cərgədə düzülən balaca, təmirli evlər olur. Qırmızı kirəmitli, çöl divarı, balkonu taxta ilə bərpa edilən evlərin çoxu vaxtilə burada yaşayan almanlar tərəfindən tikilib. Şəhərin əsaslı şəkildə yenidən qurulan, təmir və bərpa olunan küçə və prospektlərini gəzdikcə, yeni tikintilərlə tanış olduqca, milli arxitektura elementlərini seyr etdikcə park və xiyabanlarda dolaşdıqca bu füsunkar diyarın adının dillərdə dastan olmasının səbəbini anlayırsan».

Qəzet Göygölü «sənətkarlıq paytaxtı» adlandırır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG