Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:22

Mühacirlər Gülnarə Kərimovanın İsveçrədəki evini tutub


Gülnarə Kərimova
Gülnarə Kərimova
-
Bir qrup özbək mühaciri Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın İsveçrədəki evini tutub.

Mühacir Safar Bekjon AzadlıqRadiosunun Özbək xidmətinə deyib ki, bazar ertəsindən bəri onlar Kərimovanın evində oturublar.

Onların məqsədi diqqəti bu evdə xərclənən çirkli pullara cəlb etməkdir.

Yerli mətbuatın məlumatına görə, Kərimova bu evi 2009-cu ildə 18 milyon dollara alıb.
Polis hadisə yerinə gəlsə də, etirazçılara güc tətbiq etməyib.

Yerli qanunvericiliyə görə, mühacirlər bu evdən məhkəmə yolu ilə çıxarıla bilər.

Evin qarşısında bu sözlər yazılmış banner asılıb: “Ev Özbəkistan diktatoru Kərimovun qızına məxsusdur”.

Mühacirlərin evdə nə qədər oturacaqları barədə Bekjon bir söz deməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG