Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:36

Bu il doğuş zamanı 24 ana ölüb


Foto: Arxiv
Foto: Arxiv
-
«2013-cü ildə 175 minə yaxın doğuş, 24 ana ölümü faktı qeydə alınıb».

apa-nın məlumatına görə, bunu qeysəriyyə əməliyyatı ilə bağlı qanunvericiliyə dəyişikliklərin müzakirəsi zamanı Səhiyyə Nazirliyinin sözçüsü Anar Qədirli deyib.

«2005-ci ildə 141 min 901 doğuş zamanı 41 ana ölümü baş vermişdisə, 2012-ci ildə 173 min 547 doğuş zamanı 26 belə hadisə olub. 2013-cü ildə isə 175 minə yaxın doğuş, 24 ana ölümü faktı qeydə alınıb».

Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasının sədri Leyla Rzaquliyeva nazirliyin qeysəriyyə əməliyyatı əleyhinə olmadığını deyib:

«Ana və döldə müəyyən problemlər varsa, əsaslandırılmış şəkildə qeysəriyyə əməliyyatı etmək olar. Buna ehtiyac yoxdursa, uşaq təbii yolla doğulmalıdır».

Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının məlumatını diqqətə çatdırıb. O deyib ki, qeysəriyyə əməliyyatı ilə doğuşlar dünyada 14-15, Azərbaycanda isə 18 faizdir.
XS
SM
MD
LG