Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:51

Aksiyaçılar Erdoğan-ın istefasını tələb edirlər


İstanbulda etirazlar, 19 dekabr 2013
İstanbulda etirazlar, 19 dekabr 2013
-
Türkiyənin İstanbul, Kayseri, Qars, İzmir və digər bölgələrində hökumət əleyhinə tələbə və həmkarlar ittifaqlarının iştirakı ilə çoxminli mitinqlər başlayıb.

Aksiyaçılar korrupsiya halları ilə əlaqədar baş nazir Recep Tayyip Erdoğan-ın istefasını tələb edirlər.

Etirazların müxtəlif şəhərlərdə dövlət bankının bölmələri qarşısında da keçirildiyini bildirilir.

Bank rəhbəri İraqa qanunsuz qızıl aparmaqda ittiham edilir.

Türkiyə mətbuatının yazdığına görə, xüsusi əməliyyat zamanı bank rəhbərinin evindən milyonlarla dollar pul götürülüb.

Dekabrın 17-də polisin başladığı korrupsiya əməliyyatlarında saxlanan 50 nəfər arasında iki nazir oğlu da var. Onlar iri dövlət tenderləri zamanı milyon dollar rüşvət almaqda və vasitəçilikdə ittiham olunurlar.

İttiham olunanlar arasında iri bələdiyyə sədrləri, holdinq rəhbərləri də var.
XS
SM
MD
LG