Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:56

Silahlı qüvvələrin itkiləri ilə bağlı yeni məlumat açıqlandı


-
«2013-cü ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda itkilər 79, yaralananlar 96 nəfər olub».

Belə bir statistikanı «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi açıqlayıb.

Mərkəz hesabatı 2013-cü ildə mediada gedən məlumatlara istinadla hazırlayıb.

79 nəfərdən 10-u döyüş, 69-u isə qeyri-döyüş itkiləridir.

9 nəfər bədbəxt hadisə, 14 nəfər avtoqəza, 3 nəfər vertolyot qəzası, 2 nəfər ehtiyatsızlıqdan, 6 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 13 nəfər xəstəlikdən ölüb. 3 nəfər mülki şəxs tərəfindən öldürülüb, 16 nəfər intihar edib.

Hesabatda qeyd olunur ki, ölənlərin 60-ı Müdafiə Nazirliyinin, 6-sı Sərhəd Xidmətinin, 9-u Daxili Qoşunların hərbi qulluqçularıdır.
XS
SM
MD
LG