Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:38

Fransada milyarder qəzaya uğrayıb


-
Fransada göyərtəsində çinli milyard olan vertolyot qəzaya uğrayıb.

«France-Presse» agentliyinin məlumatına görə, vertolyotda Honkonqdan olan milyarder Lam Kok və daha üç nəfər olub.

Hadisə Fransanın Bordo rayonunda baş verib. Milyarder 12 yaşlı oğlu ilə yeni aldığı üzüm sahələrinə baxırmış. Onunla birgə vertolyotda üzüm sahələrinin keçmiş sahibi James Gregoire də olub.

Şahidlərin dediyinə görə, vertolyot çaya düşüb. Hələ ki nə vertolyot, nə göyərtəsində olan adamlar tapılıb.
XS
SM
MD
LG