Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:59

2014-cü ilin dövlət büdcəsi kəsirlə təsdiq edildi (Büdcənin tam mətni)


-
Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2014-cü ilə dair dövlət büdcəsini təsdiq edib. Prezidentin noyabrın 22-də imzaladığı sənəd dekabrın 19-da rəsmi informasiya vasitələri ilə yayılıb.

Dövlət büdcəsi-2014

İNFOQRAFİKA

2014-cü il yanvarın 1-də qüvvədə olacaq büdcənin ümumi gəlirləri 18 milyard 384 milyon manat, xərcləri isə 20 milyard 63 milyon manat məbləğində təsdiq olunur.

Bu hesabla gələn ilin büdcəsində 1 milyard 679 milyon manatlıq kəsir yaranır.

Büdcə qanununda bu kəsirin dövlət əmlakının özəlləşdirilməsi, daxili və xarici borclanma, o cümlədən xaricdə qiymətli kağızların yerləşdirilməsi, xarici qrantlar və 2014-cü il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına örtüləcəyi qeyd olunur.

2014-cü ilin dövlət büdcəsi ilə ətraflı burada tanış ola bilərsən.
XS
SM
MD
LG