Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:58

Aqşin Yenisey yeni sayt açdı - 1937.az


1937.az
1937.az
-

Azərbaycanda yeni ədəbiyyat və mədəniyyət saytı - 1937.az açıldı.

Saytın rəhbəri şair Aqşin Yeniseydir. O deyir ki, saytın ideyası təqribən bir ilə yaxındır ki, var, sadəcə texniki işlər üzündən bir qədər ləngiyib.

Sayt dünya mədəniyyəti, ədəbiyyatını əhatə edəcək. Burda rəssamlıq, musiqi, ədəbiyyat haqda yazılar yer alacaq.

Saytın yaradıcı heyyəti əksərən yenicə tanınan gənc yazarlardan ibarətdir. Aqşin Yenisey deyir ki, "indiyə kimi biz yetişmiş, hazır ədəbiyyat adamlarından yararlanmışıq, indi isə gənc nəsildən yeni ədəbiyyat adamları yetişdirməliyik. Düşündük ki, yaşlı nəsillə gənc nəslin birgə işi uğurlu olmaya bilər. Ancaq, yaşlı nəsillə də əməkdaşlıq etməyi düşünürük".

Saytın adına gəldikdə isə redaktor “1937”- rəqəminin təsadüf olmadığını bildirir:

“1937-ci il Azərbaycan ədəbiyyatında ən parlaq rəqəmdir, bu ildə ədəbiyyat sınağa çəkildi bəziləri sınaqdan üzüağ, bəziləri üzüqara çıxdı. Lakin, bununla belə istəmirəm ki, həmin illəri tez-tez yada salıb göreşənlik edəm, kimin kimi satdığı, danos yazdığı haqda materiallar yayımlayım.”

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG