Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 06:46
Rusiyanın Dövlət Duması konstitusiya günü münasibəti ilə amnistiya elan edib.

Prezidentin əfvlə bağlı təqdim etdiyi qanun layihəsi 2-ci və 3-cü oxunuşda qəbul edilib.
Sənəd cümə axşamə və ya cümə günü çap edilən kimi qüvvəyə minəcək.

“Pussy Riot” qrpu və bu yaxınlarda “Qrinps” təşkilatının Rusiyada həbs edilmiş fəalları da daxil olmaqla 25 minədək məhbusun əfv olunacağı gözlənilir.

Amnistiya ilk növbədə yüngül cinayət törədənlər, habelə həddi buluğa çatmayanlar, hamilə qadınlar, azyaşlı uşaq anaları, əlilllər, pensiyaçılar , Çernobl faciəsində iştirak edənlər, hərbi qulluqçular, daxili işlər orqanlarının əməkdaşları və hərbi əməliyyatlarda iştirak etmiş məhkumlara şamil ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG