Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:47

ABŞ səfiri Anar Məmmədlini dərhal azad etməyə çağırır


Richard Morningstar
Richard Morningstar
-
ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin həbsi ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir ki, Anar Məmmədlinin qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı saxlanmasından və haqqında 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilməsindən dərin narahatlıq keçiririk.

“İttihamın təfərrüatları hələ ki, aydın deyil. Ancaq biz indidən bunu sual etməliyik ki, görəsən Anar Məmmədlinin saxlanılması onun təşkilatının seçkiləri müşahidə etməsi və bu barədə məlumat yayması ilə bağlı deyil ki?

Biz bu məsələni artıq Azərbaycan hökumətinin yüksək rütbəli məmurları qarşısında qaldırmışıq və davam etdirəcəyik.

Biz hüquqi prosedurun davam etməsi ilə yanaşı Məmmədlinin dərhal azad edilməsinə çağırırıq. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin və Könüllərin Beynəlxalq İctimai Birliyinin işi ilə bağlı
istintaqı yaxından izləməyə davam edəcəyik”.

Bu arada ABŞ-ın Milli Demokratiya İnstitutu da həbsə reaksiya verib:

"MDİ Anar Məmmədlinin həbs edilməsindən və Seçkiləri Monitorinq Mərkəzinin, Könüllülərin Beynəlxalq Əməkdaşlığı ictimai birliyinin digər üzvlərinə qarşı ittiham irəli sürülməsindən dərin narahatlıq keçirir. Bu qurumlar yerli qanunlar və beynəlxalq öhdəliklərə uyğun olaraq seçkilərin müşahidəsini təşkil etməklə Azərbaycanda demokratiyaya və inkişafa xidmət edirdilər".

Demokratik Seçkilər üzrə Avropa Platforması da bildirib ki, Anar Məmmədlinin təşkilatı seçkiləri izləyən müstəqil qurumdur, Azərbaycanda fəaliyyət göstərən insan haqları təşkilatlar arasında ən peşəkarlardandır.

Demokratik Seçkilər üzrə Avropa Platforması narahatdır ki, Anar Məmmədlinin həbsi siyasi motivlidir və onun rəhbərlik etdiyi qurumun son prezident seçkiləri ilə bağlı yaydığı tənqidi hesabata reaksiyadır.

Demokratik Seçkilər üzrə Avropa Platforması bildirir ki, Anar Məmmədlinin təşkilatı dövlət qeydiyyatına alınmaqdan məhrum edilsə də, qeydiyyata alınmadan fəaliyyət göstərməkdə ittiham edilir və təşkilatın sədrinin bu əsasla həbsi Azərbaycanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ziddir.

Demokratik Seçkilər üzrə Avropa Platforması Azərbaycan hökumətini Anar Məmmədlini dərhal azad etməyə, onun təşkilatına qarşı təhqiqatı dayandırmağa, qurumu qeydiyyata almağa çağırıb.

Demokratik Seçkilər üzrə Avropa Platforması 2012-ci ildə yaradılıb və Avropada vətəndaşların seçki hüquqlarını dəstəkləyən 13 ictimai qurumun birliyidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG