Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:12

Lavrov deyir ki, Ukrayna Qərblə Rusiya arasında azad seçim etməlidir


 Sergei Lavrov
Sergei Lavrov
Rusiyanın xarici işlər naziri Sergei Lavrov Ukraynanın Qərblə Rusiya arasında azad seçim məsələsində qərbli həmkarları ilə razılaşdığını deyir.

O həmçinin Avropa Birliyi ilə Rusiya arasında qarşıdurma yaranması ilə bağlı məlumatların yalan olduğunu deyib.Lavrov qeyd edib ki, Rusiya tərəfi özünün və qərbin özünü necə aparması ilə bağlı konkret misalar göstərib.O bildirib ki, Qərb tərəfi Kiyevə gələrək birbaşa meydana gedir, aksiyaçılara peçenyə paylayırlar.

Lavrov hesab edir ki, Avropa Birliyi ölkjələri Ukraynadakı vəziyyətin 3 tərəfli müzakirəsinə ehtiyac olduğunu anlaşma ilə qarşılayırlar.

Ukrayna hökumətinin bu günlərdə Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub.Müxalifət hökumətin istefası, vaxtındfanəvvəl prezident və parlament seçkiləri keçirilməsini tələb edir.
XS
SM
MD
LG