Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:22

John McCain Ukraynaya gedir


-
Respublikaçı senator John McCain avrointeqrasiya tərəfdarlarına dəstəyini bildirmək üçün Ukraynaya gedir.

Səfər zamanı o, hökumət nümayəndələri ilə görüşəcək.

Bu barədə «Daily Beast» agentliyinə senatorun mətbuat katibi məlumat verib.

Dekabrın 12-də John McCain ABŞ hökumətini Ukrayna ilə bağlı xarici siyasətini daha da aktivləşdirməyə çağırıb.

O, Ukrayna hakimiyyətini dinc aksiyaçılara qarşı təzyiqləri və Avropa Birliyi ilə assosiasiya sazişini imzalamadığına görə tənqid edib.

Bazar günü Konnektikut ştatından olan senator-demokrat Chris Murphy də Kiyevə səfər edəcək.
XS
SM
MD
LG