Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 23:14

Kiyevdə prezident Yanukovych tərəfdarları mitinq keçirir [Video]


-
YANUKOVYCH KİYEV MERİNİ İŞDƏN ÇIXARDI

Ukrayna prezidenti Viktor Yanukovych Kiyev meri Oleksandr Popov və Ukrayna Təhlükəsizlik Şurası katibinin müavini Volodymyr Sivkovych-i vəzifədən azad edib.

Onlar noyabrın 30-da Müstəqillik meydanında mitinqin dağıdılarkən vətəndaşların konstitusion hüquqlarını pozmaqda şübhəli bilinirlər.
KİYEVDƏN CANLI YAYIM

Məlumatı Ukrayna prezidentinin mətbuat xidməti yayıb.

Mykola Azarov
Mykola Azarov
Popov və Sivkovych-in vəzifədən uzaqlaşdırmasını daha əvvəl Baş Prokurorluq tələb etmişdi.

AZAROV MÜXALİFƏTİ TƏKZİB EDİR

Ukrayna hakimiyyətinin Gömrük İttifaqına daxil olmaqla bağlı sənədi imzalayacağı barədə məlumatlar müxalifətin spekulyasiyasıdır.

Bunu hakim Regionlar Partiyası tərəfdarlarının keçirdiyi aksiyada baş nazir Mykola Azarov deyib:

«Özünü müxalifət lideri adlandıranlar durub nağıl danışırlar: Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalayaq, sabah Avropaya viza məhdudiyyətləri olmadan gedək. Amma bu, belə deyil. Biz neçə-neçə tələbi yerinə yetirməliyik. Geylərin nikahlarını qanuna salmalı, cinsi azlıqların bərabərliyini qanunlaşdırmalıyıq. Cəmiyyətimiz buna hazırdır?». (Etirazçılar «Yox!» deyə qışqırır)

Bu arada Ukrayna Daxili İşlər Nazirliyi kütləvi qarışıqlıq yaratmaqda şübhəli bilinən «Bratstvo» Partiyasının lideri Dmitry Korchinskiy-in ölkəni tərk etdiyini bildirib.
Hakimiyyət tərəfdarlarının mitinqi - 14 dekabr 2013
Hakimiyyət tərəfdarlarının mitinqi - 14 dekabr 2013

YANUKOVYCH TƏRƏFDALARI KÜÇƏDƏ

Kiyevdə prezident Viktor Yanukovych tərəfdarları mitinq keçirir.

İTAR-TASS-ın məlumatına görə, aksiyada iştirak etmək üçün Donetsk, Luqansk və Dnepropetrovsk vilayətlərindən minlərə adam gəlib.

Təşkilatçıların dediyinə görə, aksiya iki gün davam edəcək.

Hakimiyyət Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalamağı təxirə saldıqdan sonra noyabrın 21-dən ölkədə hökumət əleyhinə etiraz aksiyaları başlayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG